"Nə işə gedə, nə də avtobus tapa bilirik" - Sakinlər Bakıdakı XAOTİK VƏZİYYƏTdən danışır

Məlum olduğu kimi, 13-15 sentyabr tarixlərində Bakıda keçiriləcək “Formula 1 Qatar Airways” Azərbaycan Qran Prisi 2024 ilə əlaqədar paytaxtın mərkəzində 3 zonada nəqliyyatın hərəkət məhdudiyyəti tətbiq edilib.

Beləliklə, Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər sentyabrın 9-u gecə saatlarından etibarən nəqliyyatın hərəkəti üçün bağlanıb. Qeyd edək ki, bu məhdudiyyət sentyabrın 17-də aradan qaldırılacaq.

Təbii ki, bu, avtomatik olaraq paytaxtı xaotik vəziyyətə, tıxaclara gətirib çıxarıb.

Bəs paytaxt sakinləri tıxac və xaotik vəziyyətdən necə çıxış yolu tapa bilirlər?

TV Musavat-ın əməkdaşları məsələ ilə bağlı Bakı sakinləri ilə söhbətləşib, onların rəyini öyrənib.

Hazırladığımız videomaterialı təqdim edirik:

Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com

10.09.2024 18:48
1787