“Nə edim ki, qarnım gec çıxıb” - Hamiləliyi tənqid olunan Razi

“Hamiləliyimin səkkizinci ayındayam”.

Bu sözləri qalmaqallı model, bloger və iş xanımı Raziyyat Əliyeva (Razi) instaqram səhifəsində izləyicilərindən gələn sualları cavablayarkən yazıb.

Dünyaya oğlan övladının gətirəcəyini bildirən Razini hamiləliyi ilə bağlı gələn suallar əsəbiləşdirib.

“Yay aylarında sizin qarnınız yuvarlaq deyil idi. İndi necə ola bilər ki, siz hamiləliyin səkkizinci ayındasınız? Yalanlar içində batırsınız” sözlərinə model sərt reksiya verib:

“Ay qız get hamama… Beynini yumaq lazımdır. Sənə yalan borcum var?”

Daha sonra Razi liftdə bir həftə əvvəl çəkdirdiyi selfisini yayımlayaraq bu sözləri yazıb:

“Qızlar nə edim ki, qarnım gec çıxıb. Amma əslində belə daha yaxşıdır. Əvvəlki formaya qayıtmaq daha asan olacaq. Sadəcə arıq olduğum üçün elə olub, üstəlik, qarnımın forması həmişə içəri batmış olub, qabırğalarım çıxırdı. Mən qarnımı gizlətməkdə çox da əziyyət çəkmirdim, nə yalan deyim. Arada şəkil çəkdirəndə biraz qarnımı nəfəsimlə yığırdım və bu kifayyət edirdi”.

R.Əliyeva hamilə olduğunu ilk həyat yoldaşı Nicat bəyə söylədiyini bildirib. Bununla yanaşı o təbii doğuşa üstünlük verdiyini lakin bu istəyindən vazkeçməli olacağını da istisna etməyib.

Qeyd edək ki, Razi Nicatla ötən il ailə qurub.  (olay) 

05.11.2024 11:13
956