Nazpəri Dostəliyevadan tənqidlərə REAKSİYA

Xalq artisti Nazpəri Dostəliyeva son zamanlar üzündə etdirdiyi dəyişikliklərlə bağlı ünvanına səsləndirilən tənqidlərə ilk dəfə cavab verib.

Bu barədə müğənni "Günaydın, Azərbaycan" verilişində qonaq olarkən danışıb.

"Bir sənətkarı bütünlüklə bütün Azərbaycan sevir desək, bu, yalan olar. Qərəzli yazılara qaldıqda isə, onları görmürəm, eşitmirəm. Siz deyirsiniz, eşidirəm. Mənim xoşbəxtliyim odur ki, nə olur-olsun, xalqımız məni sevir. O sevgi mənə yetər" deyə, N.Dostəliyeva vurğulayıb.

Qeyd edək ki, sənətçinin bir müddət əvvəl sosial media hesabındakı paylaşımlar müzakirələrə səbəb olub, onun plastik, üzgərmə əməliyyatı etdirdiyi deyilib. (Axşam.az)

13.04.2024 20:29
1285