Nazpəri Dostəliyeva nəvəsi Tamerlanla oğlunun məzarında

Xalq artisti Nazpəri Dostəliyeva vəfat edən övladı Əlinin qəbrini ziyarət edib.

BAKU.WS xəbər verir ki, sənətçi bu dəfə oğlunun məzarına nəvəsi Tamerlanla gəlib.

Bu barədə "Rəngarəng" verilişində görüntülər nümayiş olunub. İfaçı qeyd edib ki, Tamerlan 2019-cu ildən atası Əlini görməyib.

O 5 ildən sonra atsının məzarına gələ bilib.

Xatırladaq ki, sənətçinin böyük oğlu Əli Quliyev 41 yaşında vəfat edib. Onun ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir.

Xalq artistinin Əkbər adlı bir oğlu da var.

11.09.2024 12:27
2223