Nazpəri Dostəliyeva canlı efirdə ağladı: "Darıxdığım var" - VİDEO

Xalq artisti Nazpəri Dostəliyeva canlı yayımda kövrək anlar yaşayıb.

Musavat.com olay-a istinadən bildirir ki, Qonaqcanlı" verilişində efirə qoşulan tamaşaçılardan biri sənətçiyə "Səhnə sənət üçün, sənət də sənətkar üçün darıxır. Bəs sənətkar nə üçün darıxır" sualını ünvanlayıb.

"Mənim də içimdə bir darıxdığım var. Əlbəttə ki, səhnə üçün də, məni sevənlər üçün də darıxıram. Az bir müddətdə bacardığım qədər özümü səhnəyə çatdıra bilirəm. Amma içimdə elə bir darıxdığım an olur ki, ona çata bilmirəm. Və darıxıram", - deyə, o, söyləyib.

Qeyd edək ki, Nazpəri Dostəliyevanın 3 il öncə oğlu Əli, ötən il bacısı, müğənni Zeynəb Dostəliyeva həyatdan köçüb.

24.04.2024 10:55
953