Nazpəri Dostəliyeva: Ailə qurduqdan sonra... - VİDEO

“Atamın bir əlacı oldu ki, evliliklə başımı bağlasın. Qardaşım heç onda da əl çəkmədi, mane olurdu”

Oxu.Az xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva “Elgizlə izlə” verilişində deyib.

Sənətçi ailəsindən danışıb və qardaşının efirə çıxmağa icazə verməməsindən bəhs edib.

“Mən uzun müddət professional səhnəyə çıxmadım. Atam aşıq olmağına baxmayaraq, sinəsindəki sazı ilə bizi oxudurdu. Bizdə Dostəliyevlər ailəsi sayılırdı. Bacım Zeynəb (red. - Zeynəb Dostəliyeva) oxuyurdu, qardaşlarımın dördü də hərəsi bir musiqi alətinin sənətkarıdırlar. Böyük qardaşım konservatoriyanın sonuncu kursunda idi. Demək istəyirəm ki, o ailədən çıxan, həyatı da, özü də musiqi ilə alovlanan hazır müğənninin efirə çıxmağına icazə vermirdilər. Qardaşım icazə vermirdi, atam da problem yaşayırdı. Ailə qurduqdan sonra həyat yoldaşım icazə verdi, toylara getdim”, - deyə Dostəliyeva bildirib.

Ətraflı süjetdə:

27.04.2024 00:40
3292