Nazirlikdən XƏBƏRDARLIQ - Martın 18-də...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti dumanlı hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Xidmətdən Musavat.com-a bildirilib ki, martın 18-də dumanlı hava şəraiti ilə əlaqədar olaraq əsasən gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.

17.03.2024 13:52
9514