Nazirlik əmək müqaviləsi hüquqlarının müdafiəsi barədə yeni videoçarx hazırlayıb -VİDEO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək müqaviləsi hüquqlarınızın müdafiəçisi və sosial təminatçısıdır.

Nazirlikdən verilən məlumata görə, yeni işə daxil olarkən sizinlə bağlanan əmək müqaviləsi əmək və sosial hüquqlarınızın təminatçısına çevrilir.

Bu müqavilə təkcə gələcək pensiya təminatınız üçün deyil, bir işçi olaraq bütün əmək hüquqlarına sahib olmağınıza imkan yaradır.

Əmək müqaviləsi ilə öz əmək və sosial hüquqlarına sahib olmaq, yoxsa bu hüquqlardan kənarda, dəstəksiz və çətin durumda qalmaq?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni videoçarxı da bu haqdadır.

12.06.2022 13:54
639