Nazirlik Bakıda evin çardağını sökdü - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-dən Musavat.com-a verilən xəbərə görə, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində tikili üzərində qanunsuz olaraq əlavə mərtəbə - mansard tikintisinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq tikilən mansard sökülüb.

02.05.2024 12:25
1081