Nazirin yeniyetmə qızla təsirli dialoqu HƏR KƏSİ KÖVRƏLTDİ - VİDEO

Türkiyənin Səhiyyə Naziri Fahrettin Koca Hatayda zəlzələdən zərərçəkənləri ziyarət edib. 

BAKU.WS xəbər verir ki, görüş zamanı təsirli anlar yaşanıb. 

Belə ki, Nazir bir yeniyetməyə, "Bizdən bir istəyin varmı?", - sualını verib. Qız isə cavabında, "Mənim atam yoxdur, mən sizi atam yerinə qoyuram", - sözlərini söyləyib. 

Daha sonra isə ağlamağa başlayıb. Yeniyetmənin bu sözləri hər kəsi duyğulandırıb. 

Nazir qıza, "Ağlama", - deyərək onu təsəlli etməyə çalışıb. Ona yardım edilməsi ilə bağlı yanındakı şəxslərə tapşırıq verib. 

Həmin anlar sosial şəbəkələrdə yayılaraq viral olub. İstifadəçilər Fahrettin Kocanın bu addımını yüksək qiymətləndiriblər. 

 

13.04.2023 16:47
1527