Nazir saxta həkimlərdən danışdı: Hamısını araşdırmışıq

"Saxta diplomlu həkimlərlə bağlı bir qrup plastik cərrah tərəfindən nazirliyə müraciət olunub. Bu məsələ ilə bağlı  işçi qrup yaradılıb".  

Musavat.com xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev deyib. O bildirib ki, aidiyyəti qurumlarla birgə ilkin araşdırmalar aparılır. Araşdırmalar nəticəsində məlum olub ki, heç bir tibbi təhsili olmayan şəxslər sosial şəbəkələr vasitəsi ilə insanları cəlb edib və cinayət tərkibli əməllər törədiblər.

"Bununla əlaqədar toplanmış materiallar hüquqi qiymətləndirmə üçün Baş Prokurorluğa göndərilib. Bundan sonra Baş Prokurorluqla Səhiyyə Nazirliyi birgə işçi qrup yaratdı. Həmin təftişlər davam etdi və sonda Baş Prokurorluğun işçi qrupu məsələni daha dərindən öyrənərək nazirliklə bağlı tədbirlər planı hazırladı. Müəyyən normativ aktlar qəbul olundu və ixtisas dəyişmələri dayandırıldı. Hər bir şəxs barədə avqustun 7 dən xüsusi araşdırmalar aparıldı və buna qanunvericilikdə nəzərdə tutulan hüquqi qiymət veriləcək ".

Şahanə Rəhimli
Muaavat.com

12.12.2024 12:03
659