Bu gün, aprelin 2-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni layihəsi olaraq, ölkəmizdə ilk sosial televiziya - DOST TV fəaliyyətə başlayacaq.
Musavat.com xəbər verir ki, bu yeni internet televiziya əmək, məşğulluq, sosial müdafiə və sosial təminat mövzuları üzrə verilişlər, xəbərlər yayımlamaqla, izləyici suallarının birbaşa cavablandırılmasını da təmin edəcək.
DOST TV-nin ilk efirinin “Sosial saat” verilişinin qonağı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev olacaq. Nazir müsahibəsi zamanı izləyicilərin Nazirliyin fəaliyyət sahələrinə dair suallarını da cavablandıracaq.
Naziri aşağıdakı linklərdən birini tıklayarak izləyə və onunla interaktiv təmasa keçə bilərsiniz:
https://youtube.com/@dostmediatv?si=OK3v95mTUjXnOLWe
https://www.facebook.com/profile.php?id=61556078475527&mibextid=eQY6cl
https://www.instagram.com/dostmediatv?igsh=Z3gxNmdwajZ2Nm54&utm_source=qr