Nazir qalmaqallı generalın yerinə onu təyin etdi

Fövqəladə Hallar Nazirliyində növbəti kadr dəyişikliyi baş tutub.

Manset.az-ın əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin birinci müavini-qərargah rəisi polkovnik Asif Məmmədli tutduğu vəzifəsindən azad edilib.

Digər əmrlə o, FHN-nin Dövlət Xanğından Mühafizə Xidmətinin rəisi təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Hikmət Abbasov vəzifəsindən azad edilib.

04.09.2023 15:06
4661