Nazir onu təqaüdə göndərdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının şöbə müdiri vəzifəsindən azad edilib.

Musavat.com qaynarinfo-ya istinadən xəbər verir ki, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin müvafiq əmri ilə ətraf mühitin və təbii sərvətlərin idarə edilməsi şöbəsinin müdiri Raqub Mirzəyev son yaş həddi ilə əlaqədar vəzifəsindən azad olunub və təqaüdə göndərilib.

Onun yerinə hələlik təyinat yoxdur.

15.02.2024 17:12
12818