Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinə yeni rəis təyin edilib.
"Report" xəbər verir ki, Mirfuad Mahmudov Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından mühafizə Xidmətinin Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəisi təyin olunub.
İdarənin rəisi Tahir Quliyev isə işdən azad edilib.
Bununla bağlı fövqəladə nallar naziri Kəmaləddin Heydərov əmr imzalayıb.
Xatırladaq ki, M. Mahmudov daha öncə Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəis müavini işləyib.