Nazim Quliyev yenidən həbsdə - 2 nəfərə qarşı dələduzluqda ittiham olunur  

 

Daxili İşlər Nazirliyinin ( DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində özünü İdeal partiyasının rəhbəri kimi təqdim edən eyniadlı saytın rəhbəri Nazim Quliyevin cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Musavat.com  xəbər verir ki,  Nazim Quliyev 2 nəfərə qarşı dələduzluqda ittiham olunur. O, bu ilin aprelində  Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın qərarı ilə N.Quliyev haqda 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Nazim Quliyev 2009-cu ildə rüşvət almaqda, hədə-qorxu ilə tələb etməkdə və digər cinayət əməllərində təqsirli bilinərək 13 il 3 ay müddətinə azadlıqdan məhrum edilib, 11 il sonra - 2020-ci ildə azadlığa buraxılıb.

İttiham təsdiq olunarsa,  onu 12 illik həbs cəzası gözləyir. 

E.Məmmədəliyev,
Musavat.com

03.06.2024 16:25
2125