Nazilə Səfərliyə ağır itki - FOTO

Şair Nazilə Səfərlinin ailəsində ağır itki üz verib. 

Sfera.az xəbər verir ki, Nazilənin nənəsi Yasəmən 91 yaşında dünyasını dəyişib. Bu haqda şair özü məlumat verib. 

O bildirib ki, toyda olarkən nənəsinin ölüm xəbərini eşidib:

"Nənəmizə ana deyirdik. Sənin xeyir-duanı o qədər istəyirdim... Halallıq verəsən deyə, kəndə getdim. Yenə də kəndə gedirəm. Daha heç bir tərəfdən nə nənəm, nə babam qaldı".

14.10.2023 12:22
2536