Nazilə Səfərli məhkəmədə qalib gəldi - FOTO

Şairə-tamada Nazilə Səfərli növbəti dəfə məhkəmədə rəqqasə Fatimə Fətəliyevaya qalib gəlib.

Musavat.com xəbər verir ki, bu barədə Nazilə Səfərli sosial şəbəkədə məlumat yayıb.

Sənətçi Bakı Apellyasiya Məhkəməsinin qərarını paylaşıb:

"Heç kimin üzərindən zəfər çalmaq qürurlandırmaz məni. Hər kəs ağzına yiyəlik etsin. Bir söz danışanda ehtiyatlı olun. Sizin bir sözünüzlə ailə dağıla, insan ölə bilər. Sözlə ehtiyatlı olun. Fatimə də sözünün acizi oldu. Söylədiyi sözlərin mənə aid qismi tamamilə yalan, şər və böhtan çıxdı. Üzr istəyəcək və təkzib edəcək".

MEHKEME.jpg (190 KB)

Xatırladaq ki, Nazilə Səfərli məhkəmədə Fatimə Fətəliyevadan 50 min təzminat istəyib. Bundan sonra Nazilə məhkəmədə qalib gəlib. Lakin Fatimə qarşı tərəflə yaşadığı qalmaqalda özünü haqlı bilərək, Apellyasiya Məhkəməsinə müraciət edib.

Musavat.com

11.10.2023 17:17
3992