Nazilə Səfərli: “Kasıb zəhmət çəkib Allahdan mədət umsun”

Türkiyəli müğənni hadisənin Bakıda verdiyi konsert sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilərin bir qismi Hadisənin 320 min manat qonorar qarşılığında Bakıya gətirilməsinə etiraz edərək, bu pulla kasıblara yardım edilə biləcəyini yazıblar.

Musavat.com lent.az-a istinadən bildirir ki, şairə Nazilə Səfərli isə bu şərhlərə ironik şəkildə cavab yazıb:

"Hadisə Azərbaycanda verdiyi 1 günlük konsertdən 320 min manta qazanıb. Komentlərdə yazırlar ki, niyə kasıblara kömək etmir? Əvvəla, Hadisə konserti insanlara verib. İnsanlar da bizimkilərdir. Hadisəyə irad tutana qədər bizimkilərə sual verən olub, ay insanlar, o biletin pulunu bir kasıba niyə vermədiniz? Niyə versin? Kasıb onu kədərləndirir, Hadisə isə əyləndirir. Kasıb da bir zəhmət Allahdan mədət umsun, hadisələrdən yox! Zəmanə əylənməlidir".

29.08.2023 18:58
3339