Şairə və tamada Nazilə Səfərli sosial şəbəkə hesabında maraqlı paylaşım edib.
Şairə özünə edilən pislikləri unutmadığını, zamanı gəlincə cavab verəcəyini yazıb.
"Əvvəllər kinimi büruzə verirdim, öyrəndiyim təbəssümlər sayəsində ən çox pislik edənin yanında belə gülümsəməyi bacarıram. Paşanın da poşaya möhtac olan günü var..." - deyə o bildirib.
"Çox adamı bağışlayıram. Tədricən əməllərini, mənə etdikləri pislikləri unuda bilirəm. Amma zamanında məni reytinqə xərcləyən teleaparıcıları, jurnalistləri unutmuram. Səssiz düşüncələrimdə özümə nə söz vermişəmsə, hamısını tutacağam", - Nazilə Səfərli qeyd edib. (lent.az)