"Xəbər yayılıb ki, Araik Arutyunyan Azərbaycanda keçiriləcək 7 fevral prezident seçkisində səs vermək istəyir. Təkcə Azərbaycanda 10 milyonuq, 80 milyonumuz da kənarda yaşayır. Bu qədər azərbaycanlı yetmir ki, bir erməni də səs versin? Otur oturduğun yerdə, öl öldüyün yerdə!"
Musavat.com xəbər verir ki, bu sözləri şairə Nazilə Səfərli Qarabağdakı keçmiş separatçı xunta rejiminin başçısı, hazırda Bakıda həbsxanada olan Araik Arutyunyanın 7 fevral prezident seçkisində iştirak etmək istədiyi barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib.
Musavat.com-un yaydığı məlumata görə, Arutyunyan bununla bağlı müvafiq qurumlara yazılı müraciət edib.
Xalidə Gəray
Musavat.com