Nazilə atasının səhhətindən danışdı - VİDEO

Şair və qiraətçi Nazilə Səfərli atası Bəhlül bəyin səhhətində danışıb.

Bu haqda sənətçi sosial şəbəkə hesabında yayımladığı videaçıqlamada məlumat verib.

Səfərli bildirib ki, bir müddət əvvəl Milli Onkologiya Mərkəzində müalicə alan valideynin sağlamlığında müsbət irəliləyişlər var:

"Dostlar Tbilisidəyəm. Atamı doğulduğu torpağa - Gürcüstana gətirmişəm. Burada onu Maqnit Rezonans Tomoqrafiyadan (MRT) keçirtdim. Atam 3 aydır ki, burada dağlarda yaşayır. MRT-nin çox yaxşı cavabları çıxdı. Onun törəməsi yoxdur. MRT-nin cavablarını Milli Onkologiya Mərkəzində çalışan həkimə göndərdim. O da söylədi ki, cavablar çox yaxşıdır və 3 aydan sonra təkrar yoxlamadan keçməlidir. Mən atamı və anamı, doğmalarımı qorumalıyam. Ailəmlə birgə olmaqdan həzz alıram".

Qeyd edək ki,  bir neçə ay əvvəl N.Səfərlinin atasının başında şiş aşkarlandığı üçün 3 ay müalicə olunmuşdu.//Olay.az

30.08.2024 19:30
842