Nazənin kimdir? – Lotu ilə dost olan axund qızı, “Maykl Cekson”

Musavat.com lent.az-a istinadən toylar kraliçası, müğənni Nazənin barədə məlumat verir.

- Nazənin harada və nə zaman anadan olub?

Nazənin Rəhim qızı Salayeva 1964-cü il iyulun 28-də Astara rayonunda dindar ailəsində anadan olub. Nazəninin atası Rəhim axund olub. 6 qardaşın bir bacısıdır.

- Nazənin ailəlidir? Neçə övladı var?

Bəli. 3 övladı var. Sonuncu övladı Orxan onun ikinci nikahındandır və azyaşlıdır. Efirdə çıxışlarından birində  ilk dəfə çox varlı ailəyə gəlin getdiyini, oxumağı bu sənəti sevdiyi üçün seçdiyini söyləyib.

- Nazənin yaradıcılığa necə başlayıb?

Nazənin müğənniliyə Niyaməddin Musayev, Cabbar Musayevin dəstəyi ilə gəlib, uzun illər Cabbar Musayevlə birgə "Durna teli" ansamblında işləyib. Sonralar solo fəaliyyətə başlayıb.

- Nazəninin ən tanınmış mahnıları hansılardır?

"Ay ürəyim", "Geri dönsən", " Hardan düşdün sən yadıma bu gecə", "Səni sevərəm" mahnıları ona uğur qazandırıb.

- Nazəninlə Təranə Qumral arasında qalmaqalın səbəbi nə idi?

Tərəflər dəfələrlə bir-birlərini məhkəməyə verib, ictimai şəkildə təhqir ediblər. 2014-cü ildə müğənni Təranə Qumralın şikayəti əsasında Azərbaycan respublikasının Cinayət Məcəlləsinin "Böhtan" (147-ci maddə) və "Təhqir" (148-ci maddə) maddələri ilə məsuliyyətə cəlb edilib. ANS TV-nin "Bazar səhəri" verilişinin 2 noyabr 2014-cü il saylı buraxılışında müğənni Nazəninin və prodüseri Pərvizin Təranə Qumral barədə səsləndirdiyi ifadələr qarşı tərəfi məhkəməyə müraciət etməyə vadar edib. Pərviz Abbasovun "Instagram" səhifəsində yerləşdirdiyi "Bədbəxt ailə tablosu: Əri ola-ola başqa kişilərə göz qoyan Təranə" ifadəsi Təranə Qumralı əsəbiləşdirib.

Əslində qalmaqalın kökü daha əvvələ dayanır. Tərəflər dəfələrlə bir - birlərinə qarşı xoş olmayan ifadələr işlədiblər. Məsələn, Təranə Qumral şou proqramların birində Nazənin xanımın 7 əri olduğunu demişdi.

"Nazənin deyir ki, Təranəni həyat yoldaşım ilə tutmuşam. Onun 7 həyat yoldaşı olub. Hansı ilə tutub məni? Ad-soyad desin, şəkil göstərsin. Təranənin bir həyat yoldaşı var, o da ki, Musa Musayevdir. Bunu bütün aləm, el-oba bilir. Bu söhbəti mən açdım ki, Nazənin ailəmi dağıtmaq istəyirdi. Nazənin kiminsə ərindən uşaq doğub. 21 ildir bu ailədə can qoymuşam, Musa ilə ər-arvadıq. Mənə deyir ki, Musa sənin ərin deyil. Azərbaycan xalqı bizi birlikdə görüb, mən ailəmi Nazənin kimilərə yem etmərəm. Nazənin 62-ci il təvəllüdlüdür, uşağının 2 yaşı var. O, silikonlu "kukla"dır, özünü neçə dəfə "yığdırıb". 50 yaşlı qadın uşaq doğa bilməz. O, ancaq süni mayalanma ilə uşaq doğa bilər".

Nazənin isə "Mən heç vaxt yoldaşımın bundan qabaqkı ailəsinin olması barədə nə yalan məlumat yaymamışam, nə də bunu gizlətməmişəm. Kim sual veribsə, açıq-aşkar demişəm ki, həyat yoldaşımın bundan qabaq yoldaşı olub. Ona görə də bu şeyi bu qədər şişirtmək kimlərəsə maraqlıdırsa, özləri bilər. Çox gecikmiş məlumatdır. Mənim gül kimi ailəm var. Bostanıma daş atmaq istəyirlərsə, mənim heç kimdə işim yoxdu. Mən mətbuatdan səbrli olmağı xahiş edirəm. Məhkəmədən sonra mətbuat konfransı keçirib hər şeyi yerli-yataqlı danışacağıq" şəklində açıqlama  verib.

2015-ci ildə mediada özünü Nazəninin əri Məhəbbətin qohumu kimi təqdim edən bir qadın Nazəninin evil kişi ilə birlikdə olduğunu iddia etmişdi:

"Əri Nazəninlə nikahdan keçsə də, o, arvadının yanında yaşayır. O adam öz evində qalır, öz evində yaşayır. Nəvəsi də var, övladları da var. Üç övladı olub, biri rəhmətə gedib. Bir oğlu, bir qızı var: Ayxan, Günel. Günelin də 3 yaşında qızı var. Nazənin Məhəbbətin birinci ailəsinin evinə dost kimi daxil olub. O, Məhəbbətin birinci yoldaşı ilə rəfiqə olub. Bütün günü bir yerdə, kabab yeməkdə, bağda, qonaqlıqlarda bir yerdə olublar. Nazənin Məhəbbətin qızının toyunda iştirak edib. Qızının toyunu da, xınayaxdısını da aparıb. Mən özüm də o toyda iştirak etmişəm. Məhəbbətin yoldaşı ilə Nazənin can bir qəlbdə idilər. Sonra Nazənin gördü ki, bu sakitdi, deməli, bunun ərini əlindən almaq olar və istəyinə də çatdı. Pul da var, ona görə övlad dünyaya gətirdi. Belə əri kim istəməz? Göydə axtarırdı, yerdə əlinə düşdü".

 - Nazənin bu iddialara necə cavab verib?

O deyilənləri şər, böhtan adlandırıb.

- Nazənin estetik əməliyyat olunub?

Bəli. Dəfələrlə üz gərdirmə əməliyyatları keçirib, burnunu, dodaqlarını, bədənini yenidən şəkilləndirib.

"Plastik əməliyyat olundum və 17 gün sonra efirə çıxdım. Ünvanıma yazırlar ki, Maykl Ceksona oxşayırsan. Bilsələr də, bilməsələr də yazırlar. Təki yazmağa söz olsun. 

Keçirdiyim plastik əməliyyatın üzərindən heç bir il keçməyib. Əməliyyat olunandan sonra dərhal effekt almaq olmur. Gərək bir müddət keçsin ki, şiş yatsın və nəticə bilinsin",- deyə o bu barədə bildirmişdi.

- Nazənin avtomobili bahalıdır?

Bəli. Tez-tez avtomobilini dəyişməyi sevən müğənni "Dostun köhnəsi, maşının yenisi" prinsipi ilə hərəkət edir.
Nazənin son dəfə  "Li7" markalı avtomobil alıb. Sözügedən avtomobilin qiyməti 60 min dollardır (102 min manat).

- Nazənin Lotu Quli ilə dost olub?

Bəli. Onunla bağlı öz sosial şəbəkə hesabında paylaşım da edib.

Müğənni Nazənin Salayeva 2020-ci ildə Türkiyənin Antalya şəhərində öldürülən "Lotu Quli" ləqəbli ilə tanın mərhum "qanuni oğru" Nadir Səlifovla bağlı video paylaşıb, "Yaşasaydın 50 yaşın olacaqdı. Sevənlərini, əzizlərini yoxluğunla üzdün. Ömürlük qəlblərdə yaşayacaqsan. Məkanın cənnət olsun qardaş. Allah rəhmət eləsin" şərhini yazıb.

- Nazənin 2016-cı ildə gəlinini niyə məhkəməyə verib?

Müğənninin gəlini qayınanasını nikahdankənar uşaq dünyaya gətirməkdə ittiham edib: "Nazənin 03.08.2012-ci ildə nikaha daxil olub. Kiçik oğlu Orxan isə 14.09.2012-ci ildə doğulub. Adını özü desin uşağının. Qızıma dedikləri ad onlara daha çox yaraşar".
Nazənin isə "16 il yaşamışıq. Ondan sonra qərar verdik ki, uşağımız olsun. Onunla rəsmi nikaha isə uşaq dünyaya gəlməmişdən əvvəl girmişəm. Onun kimi bir dəfə tanıdığım kişidən dünyaya uşaq gətirməmişəm. O, özünü necə mənimlə bir tutur? Haranın zibilidir ki, mənim adımı ağzına alıb danışır?" cavabını verib.

-  Bütün çirkin iddialardan sonra Nazənin özü barədə nə deyib?

"Mən övladlarımın qarşısında, ailəmin qarşısında, qardaşlarımın, tamaşaçıların, sizin qarşınızda başıaşağı olacağım heç nə etməmişəm. Başım dik gəzirəm. Allah mənim düşmənlərimə də gözəl gün nəsib etsin, Nazənin yadlarından çıxsın. Oğlum Orxan bağçaya gedir. Mənə bundan sonra Nazənin yox, Nazənin Orxan deyə müraciət edə bilərsiniz. Artıq oğlumun adını özümə təxəllüs götürmüşəm. Hamı bilir ki, cənub bölgəsindənəm. Onları nə qədər çox sevirəm, Allah şahiddir. Artıq hərəkət etmirəm ki, başları aşağı olmasın. Heç öz həyatımı yaşamıram. Deyirəm, bölgəm, rayonum məndən utanmasın. Amma mən çoxundan utanıram",- deyib.

-  Nazənin toya neçəyə gedir?

Əsasən cənub bölgəsində toylara gedən müğənninin toy qiymətləri 3-4 min manat təşkil edir.

28.06.2024 19:34
2798