Naxçıvanın dağ kəndlərinə ilk qar yağıb

Naxçıvan Muxtar Respublikasının (MR) dağ kəndlərinə ilk qar yağıb.

"Report"un yerli bürosu xəbər verir ki, oktyabrın 21-i günorta saatlarından başlayaraq yağan qar Şahbuz və Ordubad rayonlarının dağ kəndlərində daha intensiv olub.

Hazırda muxtar respublikanın ərazisində soyuq və yağıntılı hava şəraiti hökm sürür.

21.10.2024 16:21
354