Naxçıvandan kimlər Türkiyəyə keçə bilər? - səfirlikdən AÇIQLAMA

Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı quru sərhəddən yalnız Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşları giriş-çıxış edə bilərlər.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

Qeyd edək ki, son günlər "Dilucu" sərhəd keçid məntəqəsinin bağlandığına dair iddialar yayılmışdı.

Musavat.com

13.02.2025 21:03
1313