Naxçıvanda yük və minik avtomobilləri toqquşdu: Xəsarət alanlar var

Şərur rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə dünən gecə saatlarında rayonun Cəlilkənd ərazisində qeydə alınıb.

İran İslam Respublikasının vətəndaşları - 1983-cü il təvəllüdlü Mərənd şəhər sakini Əli Armankia və 1983-cü il təvəllüdlü Mərənd şəhər sakini İsmayıl Mustafazadənin idarə etdikləri yük avtomobili ilə minik avtomobili toqquşub.

Qəza nəticəsində avtomobildə olan Cəlilkənd sakinləri 1973-cü il təvəllüdlü Kərəm Mustafayev və 1973-cü il təvəllüdlü Mahir Tağıyev, eyni zamanda yük avtomobilində olan İran vətəndaşları xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər, vəziyyətlərinin sabit olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

28.05.2023 17:57
255