Şahbuz rayonunda 13 yaşlı yeniyetmə özünü bıçaqlayıb.
Musavat.com APA-ya istinadən xəbər verir ki, hadisə dünən gecə baş verib.
Rayon sakini 2010-cu il təvəllüdlü Adəm Anar oğlu Məmiyev özünü bıçaqlayıb.
O, təcili olaraq Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyat olunub. Vəziyyətinin ağır olduğu bildirilir.
İlkin məlumata görə, A.Məmiyev ailə-məişət münaqişəsi zəminində özünə xəsarət yetirib.
Faktla bağlı araşdırmalar davam edir.