Naxçıvanın Culfa rayonunda mikroavtobus aşıb, ölən və yaralananlar var.
Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, aprelin 7-də saat 8 radələrində Culfa rayonunun Ərəzin kəndi ərazisində rayon sakini R.Abdullayev idarə etdiyi “Hyundai” markalı mikroavtobusu aşırıb. Nəticədə sərnişini Nərgiz Qədimbəyli hadisə yerində ölüb, digər 6 sərnişini isə xəstəxanaya yerləşdirilib.
Culfa Rayon Polis Şöbəsində araşdırma aparılır.
Musavat.com