Naxçıvan şəhərində 40 yaşlı kişi qonaq gəldiyi qardaşıgildə intihar edib.
Hadisə şəhərin Əliabad qəsəbəsi, döngə 24, ev 1 ünvanında baş verib. Kəngərli rayon, Çalxanqala kənd sakini 40 yaşlı İbrahimov Ayaz Nurəddin oğlu qonaq gəldiyi qardaşı İbrahimov Əfqan Nurəddin oğlunun evində özünü asıb.
Qeyd edək ki, A.İbrahimov evli olub, 2 övladı var.
Faktla bağlı Naxçıvan şəhər prokurorluğunda araşdırma aparılır./Lent.az