Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda bədbəxt hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, Dizə kənd sakini, 1996-cı il təvəllüdlü Bağırova Xədicə Tağı qızı yaşadığı evdə dəm qazından zəhərlənib.
Onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Şərur Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.