Naxçıvanda 1500-dən çox elektrik sayğacı yenisi ilə əvəzlənib

Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikası üzrə 1 574 ədəd elektrik sayğacı yenisi ilə əvəzlənib.

Bu barədə "Report"un yerli bürosuna muxtar respublikanın Dövlət Energetika Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu müddət ərzində əlavə olaraq 1 022 yeni sayğac quraşdırılıb ki, bunlardan 373-ü smart-kart tipli əhali sayğacı, 48-i isə smart-kart tipli kommersiya sayğacı olub. Hazırda bu tip sayğacların ümumi sayı 32 502 ədədə çatıb.

Naxçıvan Muxtar Respublikasının Babək, Şərur və Culfa şəhərlərində əhali abonentlərinin ev və mənzillərində ön ödənişli smart-kart tipli sayğacların quraşdırılması işləri sürətləndirilib.

15.11.2024 14:10
158