“Naxçıvan Bank”ın Bakı filialının rəhbəri dəyişib

“Naxçıvan Bank” ASC-nin Bakı filialının rəhbəri dəyişib.

Bu barədə “APA-Economics”ə bankdan bildirilib. Məlumata görə, Filialın yeni rəhbəri Şaiq Bayramov təyin edilib. O bu vəzifədə Vəli Əliyevi əvəz edib.

Qeyd edək ki, ölkənin yeganə regional bankı olan “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb, onun nizamnamə kapitalı 94 mln. manatdır. Bankın səhmdarları isə 3 fiziki şəxsdən ibarətdir.

10.05.2023 18:47
537