Naxçıvan Ali Məclisinə yenilik gələcək

Naxçıvan Ali Məclisinə, eləcə də Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin astanasındayıq. Onu qeyd etmək lazımdır ki, xüsusi ilə Naxçıvan Ali Məclisinə seçkilər fərqli siyasi ortamda keçməkdədir.

Maraqlısı odur ki, indiyə qədər Naxçıvan Ali Məclisində siyasi partiyalar olaraq iki partiya - YAP və AXCP təmsil edilmişdir. AXCP-nin Naxçıvan Ali Məclisində təmsil edildiyini bəlkə də bir çox cəbhəçilər belə bilmir. Bu başqa bir müzakirə mövzusu olsa da, qısa olaraq onu qeyd etmək lazımdır ki, baykot-baykot deyənlərin başqa-başqa işləri də var imiş. İndi isə qayıdaq hazırda Naxçıvan Ali Məclisinə seçkilərə. Bu seçkilərə 3 siyasi partiyanın namizədləri qatılır. Yap, Ağ Partiyası, və AMİP. Lakin burada onu vurğulamaq lazımdır ki, Ağ Partiyası Naxçıvan Ali Məclisinə 40 saylı Saltaq seçki dairəsindən namizədi Mətləb Aslanov məhz partiyasının siyasi təşəbbüsü ilə qatılır.

Ağ Partiyasının Naxçıvanda siyasi proseslərdə iştirakı ümumiyyətlə Muxtar Respublikası üçün bir yenilikdir. Ağ Partiyasının bəyan etdiyi əsaslar ondan ibarətdir ki, müxalifət partiyalarının Məclisdə təmsil edilməsi zəruridir. Ancaq Ağ Partiyasının mövqeyinə görə müxalifət milli xarakterli olmalıdır, özünün sosial və fəaliyyət əsasını xalqa dayandırmalıdır. Bu baxımından, bir çox amilləri cəmləşdirərək belə hesab etmək olar ki, üzvlərinin sayının çoxluğuna, strukturunun demək olar ki, hər bölgədə mövcud olmasına, məhz yerli resurslara bağlı olduğuna görə Naxçıvan Ali Məclisinə qatılacağı təqdirdə Ağ Partiyası yeni siyasi mühitin formalaşmasına öz töhfəsini verə bilər./Modern.az/

28.08.2024 10:30
652