Navalnının qızı Kamala Harrisin qərargahında işləyir

Rusiya müxalifətinin mərhum lideri, Korrupsiyaya Qarşı Mübarizə Fondunun təsisçisi Aleksey Navalnının qızı Darya hazırda ABŞ prezidentliyinə namizəd Kamala Harrisin seçki qərargahında çalışır.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bunu Darya Navalnayanın LinkedIn sosial şəbəkəsindəki profil məlumatları sübut edir.

Açıqlanan məlumatlara əsasən, qız bir neçə aydır sahə təşkilatçısı - seçicilərlə işləyən könüllülərin koordinatoru vəzifəsini tutur.

2019-cu ildə Navalnaya ABŞ-ın Stenford Universitetində pulsuz təhsil almaq üçün qeydiyyatdan keçib. O, 2024-cü ilin yayında məzun olub.

Fevralın 22-də Darya Navalnaya anası Yuliya ilə birlikdə Ağ Evdə ABŞ prezidenti Co Baydenlə görüşüb. Prezident həbsxanada gözlənilmədən ölən A.Navalnıya görə onlara başsağlığı verib, həmçinin Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyini vəd edib.

Aleksey Navalnı 2024-cü il fevralın 16-da Sibirdəki ağır rejimli xəstəxanada vəfat edib. Rusiya Federasiyasının İstintaq Komitəsi hadisənin səbəbini “birləşmiş xəstəlik” adlandırıb.

Onun sui-qəsd qurbanı olduğu barədə ehtimallar isə Rusiyanın özündə də, ölkədən xaricdə də daha yayğındır.

Musavat.com

14.10.2024 14:15
648