Navalnının əsl ölüm səbəbi AÇIQLANDI

Rusiyada mərhum müxalifət lideri Aleksey Navalnının ölüm səbəbi məlum olub.

Ölüm işini araşdıran İstintaq Komitəsi bir sıra dəlillər əldə edib. Həmin məlumatları isə onun arvadı Yuliya paylaşıb.

Məlum olub ki, Aleksey Navalnı qan laxtalanması səbəbindən deyil, "birləşmiş xəstəlik" səbəbindən ölüb.

“Komissiya məhkəmə-tibbi ekspertizasının rəyinə görə, məhkum A.A.-nın ölümünə səbəb bir-sıra xəstəliklərdir: damar və orqan zədələnməsi ilə müşayiət olunan hipertoniya, beyin ödemi, mədəciklərin fibrilasiyası ilə çətinləşən diffuz miokardiyoskleroz və ağciyər ödemi”, - sənədlərdən dərc edilən çıxarışda deyilir.

Bundan əlavə, Navalnının bir sıra müşayiət olunan xroniki xəstəlikləri olduğu və nəfəs borusunda qızıl stafilokok aşkarlandığı da qeyd edilir.

Qəzetlərdə Navalnının həkimlər süni tənəffüs və döş qəfəsinə sıxışdırmaqla canlandırmaq cəhdləri zamanı xəsarətlər almasını da yazıblar.

Qeyd edək ki, Navalnı 2021-ci ildə məhkəmənin Yves Rocher işi üzrə 3,5 illik şərti cəzasını real cəza ilə əvəz etdikdən sonra həbs olunub. 2022-ci ilin martında Navalnı dələduzluq və məhkəməyə hörmətsizlik ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

2022-ci ilin oktyabrında o, ekstremist icma yaratmaq və təşkil etmək, orada iştirak etmək, habelə ekstremist fəaliyyəti maliyyələşdirməkdə ittiham olunub. 2023-cü il avqustun 4-də Moskva Şəhər Məhkəməsi bu iş üzrə Navalnıya xüsusi rejimli koloniyada 19 il həbs cəzası kəsib.

2023-cü ilin dekabrında Navalnı Yamalo-Nenets Muxtar Dairəsinin Xarp kəndindəki IK-3 “Qütb canavarı”na köçürülüb. Fevralın 16-da isə həbsxanada xəstələnib və dünyasını dəyişib.//Lent.az 

15.08.2024 14:50
1308