ABŞ-dakı yüksək səviyyəli məlumatlı mənbələr NATO üzvü olan ölkələrin Ukraynanın bu alyansa qoşulmasına qarşı olduqlarını bildiriblər.
Musavat.com xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb,
Jurnalistlər qeyd edirlər ki, Şimali Atlantika Alyansına daxil olan yeddi dövlət artıq “əleyhinə” mövqelərini ifadə edib. Bu siyahıya Belçika, Macarıstan, İspaniya, Slovakiya və Sloveniya daxildir.
“Prezident Zelenski Ukraynanın NATO-ya üzv olmaq üçün dəvət almasına əsaslanan “qələbə planında” problemlə üzləşir, lakin alyansın bəzi əsas üzvləri bunda maraqlı deyil”, - “Politiko” yazır.
NATO-nun Ukraynaya dəvət göndərməkdən imtina etməsi məlum olub
Bundan əvvəl Zelenski özü etiraf etmişdi ki, Ukraynanın alyansa qoşulması yalnız Rusiya ilə müharibə başa çatdıqdan sonra mümkün olacaq.
Xatırladaq ki, NATO-nun Ukraynanı alyansa dəvət etmək istəmədiyini ABŞ-ın təşkilatdakı daimi nümayəndəsi Culian Smit də bəyan etmişdi.
Musavat.com