NATO rəsmisi Qarabağdakı gərginliklə bağlı çağırış edib

NATO hərbi əməliyyatları dərhal dayandırmaqla bağlı Azərbaycan və Ermənistana çağırış edib. 

Musavat.com xəbər verir ki, bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə köməkçisi Xavier Kolomina tviter hesabında yazıb.

“Biz insan tələfatından dərin təəssüf hissi keçiririk və hər iki tərəfi gərginliyi azaltmağa və danışıqlar masasına qayıtmağa çağırırıq. NATO Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını dəstəkləyir”, - deyə X.Kolomina qeyd edib.

04.08.2022 18:02
392