NATO və Rusiyanın Ukraynada birbaşa toqquşması tamamilə mümkündür.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya ordusunun istefada olan polkovniki Hamiş de Bretton-Qordon TalkTV-yə müsahibəsində bildirib.
Onun sözlərin görə, Ukrayna Silahlı Qüvvələri cəbhədə daha böyük problemlərlə üzləşəcəyi təqdirdə NATO-nun Ukraynaya qoşun yeridəcəyi istisna edilmir.
Britaniyalı polkovnik hətta Şimali Atlantika Alyansının yaxın illərdə Rusiya ilə müharibəyə başlaya biləcəyini də qeyd edib.
Musavat.com