NATO-nun bu ölkədə 2 qərargahı yaradılır

Finlandiyada NATO-nun iki qərargahı yaradılacaq: Şimali Avropada quru qoşunlarının qərargahı və alyansın qabaqcıl quru qüvvələrinin qərargahı

Musavat.com xəbər verir ki, bu barədə “Yle” nəşrinə məlumatlı mənbələrdən verilən məlumata görə, birinci qərargah Mikkelidə, ikincisi isə Rovaniemi və ya Sodankylada yerləşəcək.

Finlandiya prezidenti Alexander Stubb nəşrə bildirib ki, NATO-nun qərargahının yerləşməsi ilə bağlı qərarlar regional siyasət əsasında deyil, hərbi maraqlar əsasında qəbul edilir. O əlavə edib ki, hələlik yekun qərar verilməyib.

19.09.2024 10:32
473