“NATO-nun biabırçılıq muzeyi” - Sərgidə görün hansı SİLAHLAR və TEXNİKALAR var

MDB İcraiyyə Komitəsinin və xarici ölkələrin Moskvadakı səfirliklərinin nümayəndələri Qərbin silah və hərbi texnikasının nümunələri ilə tanış olublar.

Musavat.com xəbər verir ki, “NATO-nun biabırçılıq muzeyi” adlanan muzeydə ABŞ, Böyük Britaniya, Almaniya, Ukrayna və digər ölkələrin istehsalının 30-dan çox nümunəsi təqdim olunur.

Onların bəziləri son döyüşlərdə rus hərbçiləri tərəfinfən ələ keçirilib.

Musavat.com

31.05.2024 11:31
990