NATO-nun baş katibi Türkiyəyə gedir

NATO-nun baş katibi Yens Stoltenberq prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək və Alyansın həmrəylik mesajını çatdırmaq üçün sabah Türkiyəyə gedəcək.

Musavat.com-un xəbərinə görə, Türkiyədə baş verən və minlərlə insanın həyatını itirməsinə səbəb olan zəlzələlər səbəbilə dünyadan Türkiyəyə dəstək bəyanatları gəlməkdə davam edir.

NATO-nun baş katibi Stoltenberq də bu səbəbdən prezident Ərdoğanla görüşmək üçün Türkiyəyə yola düşəcək.

Musavat.com

15.02.2023 17:01
449