NATO-nun 2024-cü il büdcəsi açıqlandı: Ciddi artım var

NATO-nun hərbi strukturunun 2024-cü il üçün büdcəsi 2023-cü illə müqayisədə 12 faiz artaraq 2,03 milyard avroya, təşkilatın siyasi komponentinin büdcəsi 18,2 faiz artaraq 438,1 milyon avroya çatacaq.

Musavat.com xəbər verir ki, bu barədə məlumat Şimali Atlantika Alyansının açıqlamasında əksini tapıb.

Təşkilatın büdcəsinin üçüncü əsas komponenti olan ayrı-ayrı üzv ölkələrə deyil, təşkilata məxsus olan komanda və idarəetmə obyektlərinin tikintisi xərclərini özündə əks etdirən NATO Müdafiə İnvestisiya Proqramı 1,3 milyard avro təşkil edəcək ki, bu da 2023-cü ildəki büdcə ilə müqayisədə 30 faiz artım deməkdir. Beləliklə, ümumilikdə alyansın 2024-cü il büdcəsi təxminən 3,768 milyard avro təşkil edəcək.

Söhbət alyans dövlətlərinin NATO-nun qiymətləndirmələrinə əsasən, 2024-cü ildə təqribən 1,264 trilyon dollar təşkil edəcək ümumi hərbi xərclərindən yox, bir təşkilat olaraq NATO strukturlarının ixtiyarında olan büdcədən gedir.

 

Musavat.com

13.12.2023 22:21
752