NATO-dan SENSASİON xəbərdarlıq gəldi: Putin qalib gəlsə… - CANLI

Əgər Rusiya prezidenti Vladimir Putin Ukraynada qalib gəlsə, onun yenidən güc tətbiq edəcəyi təhlükəsi var. Musavat.com xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq brifinqdə deyib. Bütün NATO tərəfdaşları və Avropa İttifaqı birləşməli və bu kritik anda Ukraynaya daha çox maliyyə ayırmalıdır, çünki Putin Ukraynada qalib gələrsə, onun yenidən güc tətbiq etməsi riski böyükdür, - deyə Stoltenberq qeyd edib.

Rusiya silah-sursat istehsalını dəfələrlə artırıb. Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib. Onun sözlərinə görə, Müdafiə Nazirliyinin və hərbi-sənaye kompleksi təşkilatlarının səmərəli işi tələb olunan silah və sursatların istehsalını əhəmiyyətli dərəcədə artırmağa imkan verib.

"Rusiya Müdafiə Nazirliyinin və hərbi-sənaye kompleksi təşkilatlarının səmərəli işi sayəsində tələb olunan əsas silah və sursatların istehsalını əhəmiyyətli dərəcədə artırmaq mümkün olub. Xüsusilə, istehsal gücünün genişlənməsi və modernləşdirilməsi, eləcə də əmək məhsuldarlığının artması buna kömək edib”, - deyə Şoyqu vurğulayıb.

Ukraynadakı müharibə səbəbindən 10 milyon insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, onların əksəriyyəti hələ də evlərinə qayıda bilmir. Yaponiyanın NHK agentliyinə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib.

Onun sözlərinə görə, 6,3 milyon insan xaricə gedib, daha 3,7 milyon insan döyüş bölgəsindən ölkənin müxtəlif bölgələrinə təxliyə edilib. Bildirilib ki, BMT-nin Qaçqınlar üzrə Agentliyi artıq müharibə nəticəsində dağılmış 27,5 min evin bərpasına yardım edib.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun suallarını politoloq Qədir Aslan cavablandırır.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

26.01.2024 16:00
969