Şimali Atlantika Alyansı Avropa Birliyi ölkələrinin “Səma Qalxanı”nı “Patriot” hava hücumundan müdafiə sistemi üçün 1000 raketlə gücləndirir.
Musavat.com Reuters-ə istinadən xəbər verir ki, bu gün NATO-nun müvafiq bölməsi Almaniya, Hollandiya, Rumıniya və İspaniya da daxil olmaqla bir qrup Aİ-yə üzv dövlətin dəstəyi ilə qeyd olunan sayda döyüş başlıqlarının alınması üçün müqavilə bağlayıb.
Alyansın bəyanatında vurğulanır ki, Patriot komplekslərinə 1000 raket üçün müqavilə Amerikanın hərbi-sənaye şirkəti “Raytheon” və raket sistemlərinin Avropa istehsalçısı MBDA-nın birgə layihəsi olan COMLOG ilə imzalanıb. Onlar Avropada müvafiq raket istehsalının genişləndiriləcəyini vəd edirlər.
Musavat.com