Fransanın Marsel şəhərində erməni terrorçusu Soqomon Tehleryanın abidəsinin təntənəli açılışı olub.
Qeyd edək ki, bu cani Türkiyənin görkəmli ictimai-siyasi xadimi, sədrəzəm Tələt paşanı xaincəsinə öldürüb. Qətldən sonra Almaniyaya qaçan Tehleryan burada alman polisi tərəfindən həbs olunub. Avropanın Türkiyəyə qarşı ikiüzlü siyasətinin təcəssümlərindən biri də bu terrorçu üzərində keçirilən məhkəmədir. Məhkəmə heç bir əsas olmadan onu azad edib. Erməni canisi 1960-cı ilə qədər yaşayıb.
Xatırladaq ki, çox deyil, cəmi bir ay əvvəl Fransanın Evian-le-Ben şəhərində 2017-ci ildə Azərbaycanın maarifpərvər qadınlarından Xurşudbanu Natəvanın şərəfinə ucaldılmış heykəli vandalizmə məruz qalıb, üstü örtülüb.
Yəni Fransa bir yandan terrorçuya heykəl ucaldır, digər yandan ömrünü təhsilə və mədəniyyətə həsr etmiş bir qadının heykəlinə belə dözüm nümayiş etdirmir.
Soqomon Teyliryan
Soqomon Teyliryan 2 aprel 1897-ci ildə Osmanlı İmperiyasının Ərzincan şəhərində anadan olub. Birinci dünya müharibəsi başlayanda, o, türklərə qarşı vuruşan erməni dəstələrinin tərəfinə keçib.\
Müharibədən sonra Daşnaksütyunun göstərişi ilə (Nemezis əməliyyatı çərçivəsində) o, 1920-ci ildə İstanbulda guya "türk gizli polisinin siyasi şöbəsi" ilə əməkdaşlıq etdiyinə görə Mkrtıç Arutunyanı qətlə yetirib, sonra Berlinə yollanıb və 15 mart 1921-ci ildə Şarlottenburqda bir çox insanın gözü qarşısında keçmiş sədrəzəm Tələt Paşanı öldürüb.
Soqomon Telriyanın Kaliforniyadakı (ABŞ) qəbri
Həbsindən dərhal sonra Soqomon Teyliryan adına fond yaradılıb, dünyanın hər yerindən varlı ermənilər bu fonda vəsait köçürüblər. Teyliryan üçün Almaniyanın üç ən bahalı və məşhur vəkili tutulub, bunların arasında tanınmış hüquqşunas, Köln universitetinin hüquq professoru doktor Kurt Nimayer da olub. Məhkəmənin Teyliryanın affekt vəziyyətində olarkən bu cinayəti törətdiyi və törətdiyi qətl üçün məsuliyyət daşımadığı ilə bağlı hökm çıxarıb və onu faktiki günahsız elan edərək azadlığa buraxıb.
İndi də Fransa bu cür erməni terrorçusuna abidə ucaldır...
Musavat.com