Natavan Həbibi şəxsi həyatı haqda: "Oğlum ilə atası arasında..."

Müğənni Natavan Həbibi "Xəzər" televiziyasında yayımlanan "Qonaqcanlı" verilişində şəxsi həyatı haqqında danışıb.

Natavan Həbibi bu sözləri deyib: "Oğlumla atasının arasında elə sevgi var ki, onları ayırmaq düzgün olmaz. Bu, günah olar. Bu hissi yaşamaq hər valideynin və övladın haqqıdır. Mən bu hissləri çətinliklə yaşamışam. Ata tərəfindən o hisslərdən məhrum edilmişəm, doyunca yaşaya bilməmişəm. Sevgi görməməyin zərbə və tramvasını yaşamışam. Zeydə görə bu məsələyə başqa cür yanaşıram.

Valideynlərin arasında nə baş verirsə-versin uşaqlar ata tərəfindən sevilməlidir və sevgini hiss etməlidir.

Ana olandan sonra həyatımda hər şey dəyişdi. Sənətdən uzaqlaşmışam. Daha çox vaxtımı Zeydə ayırmaq istəyirəm".

Qeyd edək ki, Natavan Həbibi reper Dado (Səid Əliyev) ilə evli olub./Teleqraf.com

20.05.2024 20:52
3870