“Azərbaycan-Ermənistan münaqişəsi uzandığı üçün uzunmüddətli qarşıdurma zamanı hər iki tərəfdən qaçqın və köçkün olub”.
Musavat.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Andrey Nastasin deyib.
“Rusiya ardıcıl olaraq Bakı ilə İrəvan arasında davamlı sülhün bərqərar olmasının tərəfdarıdır. Bununla bağlı qeyd etdiyim ən yüksək səviyyədə üçtərəfli sazişlər kompleksi məhz buna yönəlib. Onlar ən mürəkkəb problemlərin, o cümlədən sosial və humanitar xarakterli problemlərin mərhələli həllini və iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoqun başlanmasını nəzərdə tutur. Bu, təkcə qaçqınlarla bağlı deyil, həm də abidələr müharibəsinin davam etməsinin qarşısını almaqdır. Əvvəlki brifinqlərdə də bu mövzuya dəfələrlə toxunulub”, - deyə Nastasin bildirib.
Musavat.com