Nasaz avtomobil “Koroğlu” stansiyası istiqamətində sıxlığa səbəb oldu

Nəsimi rayonu, Alı Mustafayev küçəsi, körpünün üzərində texniki nasaz nəqliyyat vasitəsi yolda qalıb.

Bu barədə Musavat.com-a DİN Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat verib.

Bildirilib ki, bu səbəbdən metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb.

Yol polisi tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.

06.01.2025 08:20
552