Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu

Beyləqanda narkotikin təsiri altında avtomobil idarə edən sürücü məsuliyyətə cəlb edilib.

Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində idarəsində olan "Mersedes" markalı nəqliyyat vasitəsilə yol-hərəkət qaydasına pozduğuna görə rayon sakini Rahil İsmayılov saxlanılıb.

Müvafiq araşdırmalar zamanı sürücünün avtomobili narkotikin təsiri altında idarə etdiyi müəyyən edilib. Həmin sürücü barəsində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

O, məhkəmənin qərarına əsasən 1 ay müddətinə inzibati qaydada həbs edilib və sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılıb.

09.01.2024 11:07
715