Narkotik və spirtli içkinin təsiri altında avtomobil idarə edənlər SAXLANILDI

Qusarda avtomobili narkotik və spirtli içkinin təsiri altında idarə edən 21 sürücü aşkar olunub.

Bu barədə Musavat.com-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Son bir neçə gün ərzində keçirilən tədbirlərlə avtomobili narkotikin təsiri altında idarə edən 9 sürücü saxlanılıb.

Həmçinin avtomobili sərxoş vəziyyətdə idarə edən 12 avtomobil sahibi də saxlanılıb ki, onlardan birinin sürücülük hüququ olmayıb.

Faktlarla bağlı qanunamüvafiq tədbirlər görülüb.

15.08.2024 08:46
387